Incoterms 2020

Incoterms 2020 – Yeni qaydalar

International Chamber of Commerce təşkilatı tərəfindən hazırlanan #INCOTREMS2020 qaydaları yayınlanıb və bir öncəki qaydalara bəzi dəyişikliklər edilib. Ümumilikdə INCOTERMS qaydaları nədi? –Malların sifarişi əsnasında razılaşdırılmış INCOTERMS şərtinin tərəflərə qoyduğu öhdəliklər toplusudur.

1 yanvar 2020 tarixi etibari ilə artıq yeni qaydalar keçərlidir. Yeni qaydalara görə DAT təslim forması DPU (Delivered at Placed Unloaded – Qeyd olunan yerdə malın boşaldılmış təslimi) forması ilə əvəz edilmişdir. Əlavə olaraq EXW və DDP qaydasında da bəzi dəyişikliklər edilmişdir. FCA təslim forması bir öncəki versiyasında yer alan bəzi hissələr daha açıq izah edilmişdir.

S/S Təslim forması Açıqlama
1 EXW Ex Works (İş yerində təslim)
2 FCA Free Carrier (Daşıyıcıya məsrəfsiz təslim)
3 FAS Free Alongside Ship ((Sea and IW) (Gəmi yanında məsrəfsiz təslim)
4 FOB Free on Board (Sea and IW) (Gəmidə məsrəfsiz təslim)
5 CPT Carriage Paid to (Daşınma xərci ödənmiş olaraq təslim)
6 CIP Carriage and Insurance Paid to (Daşınma xərci və sığortası ödənmiş təslim)
7 CFR Cost and Freight (Sea and IW) (Məsrəflər və yük daxil təslim)
8 CIF Cost Insurance and Freight (Sea and IW) (Məsrəflər, Sığorta və yük daxil təslim)
9 DAP Delivered at Place (Qeyd edilən yerdə təslim)
10 DPU Delivered at Place Unloaded (Qeyd edilən yerdə malın boşaldılmış təslimi
11 DDP Delivery Duty Paid (Gömrük xərcləri ödənmiş olaraq təslim)


Fikrinizi bildirin