“Coca-Cola”-nın inanılmaz tədarük zənciri

Coca-Cola dünyanın ən populyar içkilərindən və ən məşhur markalarından biridir. Hər gün 200-dən çox ölkədə 1.9 milyarddan çox Coca-Cola porsiyası satılır.

Logistika baxımından bu böyük vəzifədir. Bu blog yazısında gizli resept açıqlanmasa da maraqlı tədarük zənciri haqqında məlumat verilir. Bunun səbəbi odur ki, alkoqolsuz içki tərəfdaşlarının istehsal müəssisələrinə şərbət şəklində gəlir və daha sonra karbon qazı və şəkərlə qarışdırılır. İçkinin gizli tərkibinə dair yeganə minimal ipucu adıdır. Coca-Cola adı orjinal reseptdə istifadə olunan maddələrə əsaslanır: koka yarpaqları və kola lobyası

Tədarük zənciri tərəfdaşı – qlobal şəbəkə

Coca-Cola yerli səviyyədə fəaliyyət göstərən qlobal şirkətdir. Bu o deməkdir ki, hazırda dünyada təxminən 225 qablaşdırma tərəfdaşı var. Coca-Colada təchizat zənciri kənd təsərrüfatı məhsulları ( şəkər qamışı vəya meyvə) və suyu da əhatə edən xammal tədarükü ilə başlayır. Su və şəkər kimi ən vacib maddələr yerli mənbələrdən alınır və ortaqlar yalnız istifadə olunan şəkər növünü seçə bilərlər. Avropada əsasən çuğundur şəkərindən, Asiyada qamış şəkərindən və Amerikada qarğıdalı şəkərindən istifadə olunur.

Coca-Colanın tədarük zəncirindəki ilk addımların biri su, şəkər və karbon qazı ilə qarışırılan konsentrat istehsalıdır. Rəvayətə görə gizli resept Atlantada bir seyfdə saxlanılır. Əfsanə eyni zamanda bildirir ki, heç vaxt iki nəfərdən çox insanın ona giriş imkanı olmamalı və dəqiq reseptini bilməlidir.

Qarışdırıldıqdan sonra hazır məhsul qablaşdırılır və bazara çıxarılır. Restoranlara, dükanlara, kinoteatrlara və s. dağıdılır.

Yeni texnologiyalar səmərəli tədarük zəncirini dəstəkləyir

Texnologiyaların köməyi ilə anbarların avtomatlaşdırılması, portfelin şaxələndirilməsi və həmçinin fərdiləşdirilmə şirkət üçün çox önəmli məsələlərdəndir.

Coca-Colanın tədarük zəncirində istifadə etdiyi yeni texnologiya nümunəsindən biri blockchaindir.Hazırda tərəfdaşlarla ünsiyyət və əməkdaşlıqda prosesi ləngidən problemlər və bu problemləri aradan qaldırmaq üçün bir çox vasitəçi var. SAP texnoloji şirkəti ilə əməkdaşlıq çərçivəsində Coca-Cola ortaqları ilə işbirliyini və gündə 160 000 sifarişin optimallaşdırılması, daha çox şəffaflıq yaratmaq və blockchain texnologiyasından istifadə edərək xərcləri azaltmaq istəyir. Əlavə olaraq şirkət butulka tədarükçüləri ilə xüsusi bir IT platformasından istifadə edir. Məsələn, bir tədarükçünün istehsalatında problem yaranarsa, digərindən tədarük edir. Blockchain ilə Coca-Cola sifarişin icra edilib tamamlanma müddətini 50 gündən bir neçə günə endirəcəyini hədəfləyir.

Coca-Coladakı yenilikçi texnologiyalara bir nümunə də çimərliklərdən və dənizdən gələn plastik tullantılardan butulka istehsalıdır. 300 nümunə butulka istehsalının təxminən 25%-i təkrar dəniz plastikidir. Nümunə butulkalar inkişaf etmiş təkrar texnologiyaların potensialını göstərmək üçün hazırlanmışdır. Bu yenilikçi proseslər istənilən keyfiyyətdə istifadə olunan plastikləri yenidən yüksək keyfiyyətli plastikə çevirməyə imkan yaradır. Bu da öz növbəsində yeni PET miqdarını və yeni qablaşdırma istehsal etmək üçün lazım olan fosil materialları azaldır. Bu səbəbdən də Coco-Cola tədarük zənciri üçün güclü dəyişiklik yaradır

Bağlı düşüncələr

Coca-Cola uzun müddətdir beynəlxalq oyunçudur. Ona görə də şirkət tədarük zəncirini davamlı olaraq optimallaşdırır və modernləşdirir. Spirtsiz içki satışlarının yüksək olması səbəbi ilə tədarük zənciri ortaq şirkətlərin idarıetməsinə fokuslanır. Burda ortaqlarla problemsiz əlaqə və satış nöqtələrinə problemsiz dağıtım önəmli rol oynayır.

Daha hansı mükəmməl tədarük zənciri bilirsiniz?



Fikrinizi bildirin

Exit mobile version